Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir, "Qazprom" uzunmüddətli müqavilələr üzrə bütün öhdəliklərini yerinə yetirmək niyyətindədir: "Əgər Ukrayna qaz tranzitindən imtina edərsə, Avropaya qaz nəqlinin həcmi azalacaq, lakin bu, onların seçimidir”.
Putin qeyd edib ki, dünya iqtisadiyyatı Rusiyadan enerji təchizatının dayandırılmasına tab gətirə bilməz: "Rusiya qazı yenə də alınacaq, bunsuz mümkün deyil. Bir çox Avropa ölkələri tənəzzül astanasındadır, vəziyyət daha da pisləşəcək, orada bir çox sənayelər artıq bağlanmaq ərəfəsindədir".
Putin deyib ki, Moskva tədricən digər ölkələrlə qaz tədarükü ilə bağlı danışıqlar aparacaq və Çinə tədarükünü artırır.
Ordu.az