Ordu.az xəbər verir ki, bunu rus siyasi analitik Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, həmin gündəm Qarabağ münaqişəsinin həlli olub.
Lukyanov qeyd edib ki, İrəvan və Bakı Qarabağ münaqişəsinin həll olunduğu ilə bağlı konsensusa sahibdirlərsə, o zaman xüsusilə Rusiya-Qərb münasibətlərinin yoxluğu və müharibə şəraitində ATƏT-in Minsk qrupu son dövrdə fəaliyyət göstərməyib və gələcəkdə də fəaliyyət göstərməyəcək.
“Buna görə də bu məsələyə xüsusi toxunmağa dəyməz. Ancaq hələ də qorxular var ki, nə vaxtsa bu format öz fəaliyyətini, gündəmini, bəlkə də bəzi komponentlərini bərpa edə bilər. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrliyinin ləğvi yəqin ki, həmin formatın gündəliyinin tükənməsi ilə bağlı birgə akt olacaq”, - deyə Lukyanov bildirib.
Gürcü qafqazşünas İrakli Menaqarişvili bildirib ki, ATƏT-in Minsk qrupu qarşıdakı uzun müddətdə fəaliyyət göstərə bilməyəcək, bu, göz qabağındadır.
Onun sözlərinə görə, bu format işləyə bilməz, heç bir faktoru təmsil etmir.
“Başqa bir sual ondan ibarətdir ki, onun rəsmi şəkildə ləğvinə ehtiyac varmı? Çünki bu, onsuz da işləmir. Bu, bəlkə də hər iki tərəf səviyyəsində həll olunası məsələdir”, - deyə Menaqarişvili əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az