“Hraparak”: Ermənistanda seçki nəfəsi hiss olunur

2024/09/1725524478.jpg
Oxunub: 249     10:19     06 Sentyabr 2024    
Ermənistan Konstitusiya İslahatları Şurası “sabit çoxluq” normasının taleyini həll etmək üçün iclas keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Daniel İoannisyanın rəhbərlik etdiyi komissiyanın siyasi cəmiyyəti bu müddəadan imtina etməyi təklif edib.

“2015-ci il konstitusiyasına görə, əgər hər hansı partiya parlament seçkilərində mandatların 50%-dən çoxunu ala bilmirsə və digər qüvvələrlə koalisiya yarada bilmirsə, seçkilərin 2-ci turunu keçirirlər və qalib gələn seçkilərdə aldıqları səslərdən asılı olmayaraq çoxluq olmaq üçün kifayət qədər əlavə mandat əldə edir. Yəni seçicilərin 25-30 faiz səsini toplayan qüvvə təkbaşına hökumət qura bilər. Bu müddəa referendum olmadan parlament vasitəsilə dəyişdirilə bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin