Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sarkis Xandanyan deyib.
Onun sözlərinə görə, Aİ müşahidəçiləri Ermənistan ərazisində yerləşdirilib və sərhədin Ermənistan tərəfinə nəzarət edirlər, ona görə də Aİ müşahidəçilərinin nə vaxt, nə qədər müddətə və hansı heyətlə iştirak etməli olduğuna Ermənistan tərəfi qərar verməlidir.
“Sülh müqaviləsi bağlananda, sərhədlərin demarkasiyası prosesi başa çatanda və regional sülh yarananda, monitorinqə ehtiyac qalmaması məntiqli ola bilər, amma hazırda təbii ki, belə bir məsələ müzakirə olunmur”, - deyə Xandanyan qeyd edib.
Erməni deputat vurğulayıb ki, elə məslələr var, orada Ermənistanın Rusiyaya sualları var və bəlkə də kəskin şərhlər olacaq.
“Ermənistanla Rusiya arasında münasibətlər şəffaf və çoxşaxəli xarakter daşıyır. Təbii ki, Ermənistan-Rusiya münasibətlərində çoxlu məsələlər var və biz bu məsələləri dəfələrlə qaldırmışıq. Amma mən də düşünmürəm ki, ritorika hansısa şəkildə dəyişib. Bəli, elə məsələlər var, onlarla bağlı qəti mövqe bildirmişik, elə məsələlər var, onlar ətrafında anlaşma, tərəfdaşlıq münasibətləri var”, - deyə Xandanyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az