Ordu.az xəbər verir ki, saat 12:10 radələrində Əştərək xiyabanında fəaliyyət göstərən “SAN MARCO” üzgüçülük hovuzunun yaxınlığında üzərində Ermənistan MTX-nin loqosu olan uniformada 2 nəfər İrəvan sakini, 55 yaşlı M.Lusineyə yaxınlaşıblar, özlərini MTX əməkdaşları kimi təqdim ediblər və onu BMW markalı avtomobillə naməlum istiqamətdə aparıblar.
Qısa müddətdən sonra qohumlar həmin 2 şəxsin M.Lusineni qaçırdığını müəyyənləşdiriblər və Ermənistan Daxili İşlər Nazirliyinin polisin əməliyyat idarəetmə mərkəzinə məlumat veriblər.
Faktla bağlı Acapnyak və Davitaşen inzibati rayonlarının istintaq şöbəsində “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, oğurlanan şəxs ABŞ vətəndaşıdır, onun əri də ABŞ vətəndaşıdır, ABŞ-də tanınmış biznesmendir və belə bir fərziyyə var ki, qızı qaçıranlar onu ailəsi haqqında çox yaxşı məlumatlı olublar.
Polis və istintaq idarəsi tərəfindən işin detallarının aydınlaşdırılması, adam qaçıran şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi, onların və qaçırılan şəxsin tapılması istiqamətində zəruri tədbirlər görülür.
Mənbə bildirir ki, qaçırılan şəxs özünə məxsus BMW markalı avtomobildə olub, o, avtomobilə minmək istəyəndə, başqa bir BMW-də olan cinayətkarlar ona yaxınlaşıblar və qaçırıblar.
Mənbənin bildirdiyinə görə, qaçırılan şəxsin BMW X5 markalı avtomobili sözügedən hovuzun ərazisində tapılıb.
Alpər Mövludoğlu
Ordu.az