MİT Suriyada əməliyyat keçirib, PKK-nın rəhbər şəxsi öldürülüb

2023/05/1683270239.jpg
Oxunub: 296     11:55     05 Sentyabr 2024    
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində yeni əməliyyat keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Metin Dinç öldürülüb.

Kod adı “Dijvar Tekoşin” olan Dinçin Türkiyə hüquq-mühafizə orqanlarına qarşı terror aktlarının təşkilində iştirak etdiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİT   Suriya   PKK  


Bizi "telegram"da izləyin