Zelenski Ukraynanın yenidən silahla təchiz edilməsini Qərbdən xahiş edəcək

2024/08/1725039832.jpg
Oxunub: 249     11:54     05 Sentyabr 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 6-da Almaniyada ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri yazıb.

Bildirilib ki, V.Zelenski Qərb tərəfdaşlarına ölkəyə yenidən silah tədarük edilməsi xahişi ilə müraciət etmək niyyətindədir. Xüsusilə söhbət uzaqmənzilli raketlərin və əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qatılacağı görüş Ramşteyn hərbi bazasında keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin