Baş nazir: "Malaziya BRİCS-ə üzvlük üçün prioritet verilən ölkələr sırasındadır"

2024/09/66d95-1725520832.jpg
Oxunub: 213     10:59     05 Sentyabr 2024    
Malayziya BRİCS-ə potensial üzvlük üçün prioritet verilən ölkələr sırasındadır.

Ordu.az xəbər verir ki, “The Sun”ın məlumatına görə, bunu bu ölkənin Baş naziri Ənvər İbrahim deyib.

Rusiya Prezidenti Vladimir Putinlə müzakirədə Ənvər bildirib ki, diqqət mərkəzində Malayziyanın BRİCS-ə dərhal qoşulması və ya tərəfdaş ölkə kimi başlaması olub.

Malayziyanın BRİCS-də potensial iştirakı ilə bağlı baş nazir qeyd edib ki, Çin və Hindistanın baş nazirləri, həmçinin Putin və Braziliya prezidenti ilə müzakirələr müsbət olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malaziya   BRİCS  


Bizi "telegram"da izləyin