Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Paşinyan Ermənistanın hökumətinin və qanunverici hakimiyyətinin qeyri-zorakı mühitdə fəaliyyətini qiymətləndirəcək, qarşıda duran vəzifələrlə bağlı göstərişlər verəcək və siyasi payıza yollanacaq.
“Əldə etdiyimiz məlumata görə, toplantı ötən il olduğu kimi parlamentin işi bitdikdən sonra iyulun 9-na planlaşdırılsa da, daxili siyasi iğtişaşlar və xüsusilə Baqrat Srbazanın mübarizəsi səbəbindən təxirə salınıb. Yeri gəlmişkən, Paşinyanın partiyasının üzvləri lovğalanırlar ki, öz hesablarına kef edirlər. Ötən dəfə onların hər biri Göyçədə toplanmaq üçün 20 min dram yığıb. Fraksiyanın iclası isə cümə gününə təyin edilib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az