Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

2024/05/6633a-1714662876.jpg
Oxunub: 256     10:21     05 Sentyabr 2024    
Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Ordu.az-ın yerli mətbuata istinadən xəbərinə verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb:

“Rusiyada tətbiq olunan əlavə təhlükəsizlik tədbirləri və sərhədi keçmək istəyən xarici ölkə vətəndaşlarına qarşı gücləndirilmiş nəzarət-yoxlama tədbirləri ilə əlaqədar Qırğızıstan vətəndaşlarını ciddi səbəb olmadan Rusiya ərazisinə səfərlərdən çəkinməyə çağırırıq” – Qırğızıstan XİN-in məlumatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Rusiya  


Bizi "telegram"da izləyin