Ordu.az xəbər verir ki, bunu İtaliyanın Asiya üzrə İnstitutunun (ISIA) vitse-prezidenti Sercio Divina jurnalistlərə açıqlamasında deyib.
“Ticarət əlaqələrimiz güclənib, İtaliya və Almaniya faktiki olaraq Avropada Azərbaycanın aparıcı ticarət tərəfdaşlarına çevrilib. İkitərəfli əlaqələrin uğurla inkişaf etdiyi sənaye, kənd təsərrüfatı, mühəndislik sahələrində şirkətlərimiz arasında çox yaxşı əməkdaşlıq mövcud olub”, - o qeyd edib.
S.Divina İtaliyanın milli enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ölkə üçün strateji layihəyə çevrilən Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) xüsusilə vurğulayıb.
“Düşünürəm ki, böyük layihələrin planlaşdırılmasında, həm də həyata keçirilməsində əməkdaşlıq edəcəyimiz Orta Dəhlizin inkişafını nəzərə alaraq, birlikdə fəaliyyət göstərməyə davam edəcəyik. Beləliklə, İtaliya və Azərbaycan sıx əməkdaşlıq edir və bundan sonra da edəcək”, - vitse-prezident bildirib.
Ordu.az