ABŞ Yaxın Şərqdəki mövcudluğunu artırmağa hazır olduğunu açıqlayıb

2024/09/66d8e-1725513427.jpg
Oxunub: 198     02:56     05 Sentyabr 2024    
ABŞ lazım gələcəyi təqdirdə Yaxın Şərqdə hərbi mövcudluğunu azaltmağa və ya artırmağa hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Qəzza zolağında atəşkəs danışıqları ilə bağlı jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə bildirib.

“Atəşkəs və girovların azad edilməsi istiqamətində işləyərkən, çəkindirmə məqsədilə hərbi mövcudluğu qoruyuruq. Bu mövcudluq regiondakı hadisələrə və digər şərtlərə görə zamanla azalacaq və ya artacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gərginləşəndən bəri ABŞ münaqişənin genişlənməsinin qarşısını almağa çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin