Ordu.az xəbər verir ki, bu barədə Ukrayna parlamentindəki hökumət nümayəndəsi Taras Melnıçuk teleqramda məlumat verib.
Bildirilib ki, parlamentə Baş nazir Denis Şmıhaldan Olha Stefanişinanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə baş nazirin müavini və ədliyyə naziri, Oleksiy Kulebanın icma və ərazi inkişafı naziri, Vitali Kovalın aqrar siyasət və qida naziri, Matvey Bednı - gənclər və idman naziri, Svetlana Qrinçuk - ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri, Nataliya Kalmıkova – veteranlarla iş üzrə nazir, Herman Smetanin - strateji sənayelər naziri təyin edilməsi təklifi daxil olub.
Nikolay Toçitskinin mədəniyyət naziri təyin edilməsi təklifi də irəli sürülüb.
Ordu.az