Netanyahu: "İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır"

2024/07/1721310196.jpg
Oxunub: 340     04:49     05 Sentyabr 2024    
İsrailin Baş naziri Binyamin Netanyahu yenidən Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrini Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları pozmaqda ittiham edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsrail tərəfi əvvəllər vasitəçilərin təklifləri ilə razılaşdığını bildirib, indi HƏMAS öz sözünü deməlidir.

“Razılaşma bağlamaq istədiyimi söylədim. Razılaşmanın bağlanmasına əsl əngəl İsrail deyil, mən deyil, HƏMAS-dır, hərəkatın lideri Yəhya Sinvardır”, – Netanyahu vurğulayıb.

O xatırladıb ki, hələ may ayında İsrail ABŞ Prezidenti Cozef Baydenin Qəzzada vəziyyətin nizamlanması təklifi ilə razılaşıb, avqustda isə ölkəsi Amerika tərəfinin təqdim etdiyi vasitəçilərin “yekun təklifi” ilə yenidən razılaşıb. Netanyahu hər iki halda imtinanın HƏMAS-dan gəldiyinə diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin