Meksika səfiri ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib

2024/09/2024--1725512723.jpg
Oxunub: 213     02:28     05 Sentyabr 2024    
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ölkəsinin Müstəqillik Gününü Şuşa şəhərində qeyd edib.

Ordu.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Meksika Birləşmiş Ştatlarının 214 illik yubileyinin tarixi Şuşa şəhərində qeyd edilməsindən, xanım səfir Mariya Viktoriya Romero Kabalyeronu mədəniyyət paytaxtında salamlamaqdan məmnunluq və sevinc hissi duyduq. Meksika xalqını bu tarixi gün münasibəti ilə təbrik edir, daima inkişaf və yüksəliş arzu edirik!”, – paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Azərbaycan  


Bizi "telegram"da izləyin