Venesuelanın daha bir təyyarəsi ABŞ-nin sorğusu ilə Dominikan Respublikasında saxlanılıb

2024/09/7c68a-1725512658.jpg
Oxunub: 229     01:47     05 Sentyabr 2024    
Venesuela hökumətinə məxsus ikinci təyyarə ABŞ-nin sorğusu ilə Dominikan Respublikasında saxlanılır.

Ordu.az xəbər verir ki, bu barədə “Diario Libre” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Falcon 2000EX” təyyarəsi Dominikan Respublikasının paytaxtında yerləşən Xoakin Balager hava limanındadır.

Nəşr qeyd edib ki, hazırda təyyarəyə həbs qoyulmasa da, hava gəmisi müşahidə altındadır.

“Təyyarənin məhkəmə icazəsi olmadan yerdəyişməsi qadağandır”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   ABŞ  


Bizi "telegram"da izləyin