Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb

2024/04/Ekran-1713204835.jpg
Oxunub: 305     22:45     04 Sentyabr 2024    
Gürcüstan Daxili İşlər Nazirliyi ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın iki üzvünü inzibati qaydada saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tbilisi Şəhər Şurasının deputatları İrakli Edsqveradze və İrakli Nadiradze polis əməkdaşlarının işinə mane olublar və narkotik cinayətləri ilə bağlı istintaq tədbirlərinə müdaxilə ediblər.

Müxalifət partiyası artıq hər iki məhbusun dərhal azad edilməsini tələb edib və hakimiyyəti siyasi rəqiblərinə qarşı repressiyalarda ittiham edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   DİN  


Bizi "telegram"da izləyin