ABŞ-nin Maliyyə Nazirliyi RT və baş redaktoru Simonyana sanksiya tətbiq edir

2020/08/5646-1596523152.jpg
Oxunub: 316     22:17     04 Sentyabr 2024    
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.

Ordu.az xəbər verir ki, bu barədə nazirliyin yazılı açıqlamasında bildirilib.

Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marqarita-Simonyan   Sanksiya  


Bizi "telegram"da izləyin