Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək

2024/07/Iris--1721029832.jpg
Oxunub: 428     18:39     04 Sentyabr 2024    
Almaniya Ukraynaya daha 17 ədəd IRIS-T zenit-raket kompleksi tədarük etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" Almaniya kansleri Olaf Şoltsa istinadən məlumat yayıb.

“O.Şolts hava hücumundan müdafiə sisteminin Almaniya Silahlı Qüvvələrinə təhvil verilməsini qəbul edib, daha beş belə qurğunun sifarişini təsdiqləyib və əlavə 17 qurğunun Ukrayna üçün nəzərdə tutulduğunu qeyd edib”, - agentlik bildirib.

O dəqiqləşdirib ki, dörd qurğu Kiyevə ilin sonunadək, qalanları isə 2025-ci ildən etibarən göndəriləcək. Kansler xatırladıb ki, bundan əvvəl Ukraynaya yeddi qurğu göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin