Misir Prezidenti: "Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq"

2024/05/1716623782.jpg
Oxunub: 340     18:35     04 Sentyabr 2024    
Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq.

Ordu.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Misir Türkiyə ilə koordinasiyalı davranmalıdır: "Bu, xüsusilə humanitar böhranların aradan qalxmasında özünü göstərməlidir. Koordinasiyalı davranış həm də Yaxın Şərq regionunda özünü göstərməlidir”.

Misir lideri söyləyib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinin göstəricisidir: “Biz bu gün həm də Suriyadakı durum barədə danışdıq. Suriya xalqına mənfi təsir edən böhran sona çatmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin