Ərdoğan: "Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir"

2024/09/1725462716.jpg
Oxunub: 382     18:18     04 Sentyabr 2024    
Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bir çox məsələdə hər iki ölkənin maraqları üst- üstə düşür: “Ona görə biz əməkdaşlığı genişləndirmək istəyirik”.

Türkiyə lideri söyləyib ki, hər iki ölkə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyir: “Misirli investorları Türkiyədə gözləyirik. Misirlə enerji sahəsindəki əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.

Onun sözlərinə görə, Ankara və Qahirənin regional sülh və sabitliyə töhfəsi həyati əhəmiyyətlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Misir  


Bizi "telegram"da izləyin