Ordu.az xəbər verir ki, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət barədə məlumat verib.
Ermənistan və Azərbaycan arasındakı son proseslərə toxunan F.Şəfiyev Azərbaycanın sülh gündəminə sadiq olduğunu və Ermənistanla sülh müqaviləsinin imzalanması üzərində fəal şəkildə çalışdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan danışıqlar prosesində ikitərəfli təmaslara üstünlük verir, çünki bu təcrübə nəticəyönümlüdür.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycan tərəfindən reallaşdırılan yaşıl enerji layihələri barədə məlumat verib. Ölkənin BP, BƏƏ-nin Masdar, ADNOC, Səudiyyə Ərəbistanının "ACWA Power", Çinin "China Gezhouba Group Overseas Investment" və Yaponiyanın TEPSCO şirkətləri ilə tərəfdaşlıqlarına toxunan Ş.Hacıyev vurğulayıb ki, bütün bu təşəbbüslər Azərbaycanın ətraf mühitin mühafizə və iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir.
Qeyd edək ki, Qroningen Universiteti tərəfindən təşkil edilən tədbirdə gələcək enerji siyasəti, regional əməkdaşlıq və davamlı inkişaf məsələləri əsas müzakirə mövzuları olub.
Ordu.az