Tusk: "Polşa Lvovun bərpasına dəstək göstərməyə hazırdır"

2019/07/donal-1562670445.jpg
Oxunub: 323     17:52     04 Sentyabr 2024    
Polşanın Baş naziri Donald Tusk ölkəsinin Rusiyanın raket zərbələrinə məruz qalan Lvovun bərpasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “X” hesabında yazıb.

O, Rusiyanın şəhərin mərkəzini hədəfə aldığını və çoxmənzilli tarixi binaların ciddi ziyan çəkdiyini diqqətə çatdırıb:

“Lvovun köməyə ehtiyacı var! Rusiyanın hücumlarının hədəfi şəhərin mərkəzi hissəsi olub. Əksər tarixi yaşayış binaları zərər görüb. Polşa onların bərpasına dəstək verməyə hazırdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tusk   Polşa   Lvov  


Bizi "telegram"da izləyin