Ukrayna İrlandiya ilə təhlükəsizliklə bağlı sazişə imza atıb

2024/09/81944-1725452659.jpg
Oxunub: 276     16:19     04 Sentyabr 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski və İrlandiyanın Baş naziri Saymon Harris ölkələr arasında ikitərəfli saziş imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Prezidentinin ofisinə istinadən məlumat yayıb.

Ümumilikdə, Kiyev artıq müxtəlif ölkələrlə 26 müvafiq müqavilə bağlayıb.

Bu il ərzində İrlandiya Ukraynaya hərbi dəstək üçün əlavə 128 milyon avro (140 milyon dollar), həmçinin 40 milyon avro (43,75 milyon dollar) humanitar yardım ayıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   İrlandiya  


Bizi "telegram"da izləyin