Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb - YENİLƏNİB

2024/09/1725462614.jpg
Oxunub: 878     18:14     04 Sentyabr 2024    
Türkiyə ilə Misir arasında 18 sənəd imzalanıb.

Ordu.az xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.

Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma imzalanıb.

Müqavilələr Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, görüş Prezident İqamətgahında baş tutub.

Görüşün təfərrüatları hələ ki məlum deyil.

***

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sentyabrın Ankaraya rəsmi səfəri başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Onu hava limanında Ərdoğan qarşılayıb.

İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.

Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.

***

Sentyabrın 4-də Misir Prezidenti Əbdülfəttah əs-Sisi 12 illik fasilədən sonra Türkiyəyə ilk rəsmi səfərini edəcək.

Ordu.az xəbər verir ki, Misirin dövlət başçısı Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Şura iki ölkə rəhbərlərinin 14 fevral 2024-cü il tarixində Qahirədə imzaladığı birgə Bəyannamənin tələblərinə əsasən yaradılıb.

Şuranın Ankarada keçiriləcək iclasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi yollarının, eləcə də regional və qlobal gündəliyin müzakirəsi planlaşdırılır.

Danışıqların yekunlarına dair bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Bundan əvvəl Ankara və Qahirə birgə ticarət dövriyyəsini ildə 10 milyard dollardan 15 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan etmişdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Türkiyə  


Bizi "telegram"da izləyin