Polşa XİN Rusiya raketlərinin Ukrayna ərazisi üzərində olarkən məhv edilməsini təklif edib

2024/09/1725440582.jpg
Oxunub: 309     12:46     05 Sentyabr 2024    
Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın raket və kamikadze tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) Ukrayna ərazisi üzərində olarkən məhv edilməsini təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Polşa XİN Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi və son günlər artan qanadlı raket, ballistik raket və kamikadze PUA-sı hücumlarının Polşa ərazisi üçün yaratdığı təhlükə səbəbindən məhv edilməsini istəyib.

XİN iddia edir ki, Rusiya tərəfindən atılan raketlər və kamikadze PUA-ları Polşa ərazisinə nə qədər yaxın olarsa, Polşa vətəndaşları üçün həyat itkisi riski bir o qədər çox olar, ona görə də raketi Ukrayna üzərində daha yüksək hündürlükdə vurmaq daha yaxşıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   XİN   Rusiya  


Bizi "telegram"da izləyin