Ordu.az xəbər verir ki, ABŞ-nin Ukraynaya tədarük edilən F-16 döyüş təyyarələrində və Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan “Su-24”, “Su-27”, “MiQ-29” təyyarələrində istifadə üçün AGM-158 JASSM qanadlı raketlərini verməyə yaxın olduğu iddia edilib.
“Reuters” agentliyinə danışan və adının çəkilməsini istəməyən üç yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, ABŞ və Ukrayna arasında AGM-158 JASSM qanadlı raketləri ilə bağlı danışıqlar başa çatmaq üzrədir.
Rəsmilər ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə çata bilən AGM-158 JASSM qanadlı raketlərinin verilməsinə razılıq verməyə hazır olduğunu bildiriblər.
Onlar qeyd ediblər ki, Kiyev ABŞ-nin hər hansı göndərişdən əvvəl texniki məsələləri həll etməsi üçün bir neçə ay gözləməli ola bilər.
Sevinc Əliyeva
Ordu.az