Ordu.az xəbər verir ki, ancaq açıq mənbə kəşfiyyatı həvəskarları sosial mediada yayımlanan video ilə helikopterin əslində başqa bir bölgədə xidməıt etdiyini ortaya qoyublar.
Açıq mənbədən paylaşılan görüntüləri araşdıran analitiklər “Mi-28NM” helikopterinin elektro-optik sisteminin şüşəsindəki yansımadan helikopterin əslində Donetsk vilayətinin Xromove bölgəsində uçduğunu üzə çıxarıblar.
Yayımlanan görüntüləri ətraflı araşdıran analitiklər elektro-optik sistemdəki yansımaları və xəritə şəkillərini müqayisə edərək, həqiqəti üzə çıxarıblar.
Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi görüntülərin açıqlama hissəsində “Mi-28NM” helikopterinin Kurskda Ukrayna ordusunun bölmələrinə qarşı hücum təşkil etdiyi bildirilib.
Bu hadisədən də göründüyü kimi, açıq mənbə kəşfiyyatı nəticəsində hərbi hissələrin və ya hərbi platformaların yeri helikopterdəki elektro-optik sistemin yansımasından belə aşkarlana bilir.
Sevinc Əliyeva
Ordu.az