Ordu.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi müqavilənin rəsmiləşdirildiyini bildirib, bu qərarın yaxın 8 ildə Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) gücləndirilməsinə dəstək verəcəyini vurğulayıb.
Rusiya və Hindistan arasında bağlanmış müqaviləyə əsasən, “Su-30MKI Flanker-H” döyüş təyyarəsi mühərrikləri Hindistandakı “Hindustan Aeronautics Limited” (HAL) şirkətinin Koraput müəssisəsində istehsal ediləcək.
2000-ci ildə Moskva Hindistanın “Sukhoi Su-30MKI” döyüş təyyarələrini gücləndirən Al-31FP mühərriklərinin lisenziyasız istehsalına icazə verib.
Hindistan HHQ üçün istehsal olunacaq bu mühərriklər Rusiya üçün də maliyyə gəliri deməkdir. Razılaşmaya əsasən, Rusiya Hindistanla 1,4 milyard dollar məbləğində razılığa gəlib.
Sevinc Əliyeva
Ordu.az