Misirdə böyük rəqabət: “Hürjet” və L-39NG

2024/09/1725440394.jpg
Oxunub: 284     11:04     05 Sentyabr 2024    
“Hürjet” və L-39NG təyyarələri 3-5 sentyabr tarixlərində Misirin Əl-Ələmeyn Hava Limanında keçirilən Misir Beynəlxalq Aviasiya Sərgisinə öz damğasını vurur.

Ordu.az xəbər verir ki, Çexiyanın təyyarə istehsalçısı “Aero Vodochody” Misirdə yeni hazırlanmış “Aero” L-39NG Təlim və Yüngül Hücum Təyyarəsini nümayiş etdirir.

Buna qarşılıq Türkiyədən isə TUSAŞ tərəfinədn inkişaf etdirilən və Türkiyənin ilk yerli reaktiv mühərrikli pilotlu təlim təyyarəsi olan “Hürjet” Aralıq dənizini keçərək, Misirə çatıb və nümayiş uçuşları keçirir.

L-39NG və “Hürjet” eyni sinifdə iki fərqli təlim və yüngül hücum təyyarəsi kimi seçilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   Misir  


Bizi "telegram"da izləyin