Tayvandan Çini qəzəbləndirəcək addım: ABŞ-dən “Stinger” raketləri alacaq

2024/09/Sting-1725440336.jpg
Oxunub: 450     17:02     05 Sentyabr 2024    
Tayvan administrasiyasının Müdafiə Nazirliyi artan “Çin hərbi təhlükəsi” qarşısında müdafiə ehtiyaclarını qarşılamaq üçün təxminən 2 min “Stinger” raketi alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının qüvvələrinin təcili olaraq daha effektiv əks tədbirlərə və çəkindirməyə ehtiyacı olduğu üçün administrasiya təxminən əlavə 2000 ədəd “Stinger” raketi sifariş etmək qərarına gəlib.

Tayvan administrasiyasının 2025-ci il büdcə hesabatına görə, ordu 549 buraxılış sistemi və 549 identifikasiya sistemi də satın alacaq.

Bununla belə, raketlərin və digər elementlərin 2031-ci ilə qədər çatdırılması gözlənilmir.

Mart ayında Tayvan administrasiyasının Hərbi Dəniz Qüvvələri daha əvvəl tələb etdiyi 250 “Stinger” raketinin çatdırılmasını sürətləndirmək üçün ABŞ-yə 11 məktub göndərdiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Stinger  


Bizi "telegram"da izləyin