Ordu.az xəbər verir ki, müstəqil tədqiqat qurumu olan ORYX tərəfindən yayımlanan peyk görüntüləri “Pantsir” sisteminin bu yaxınlarda körpüdə yerləşdirildiyini təsdiqləyib.
Hərbi ekspertlərin fikrincə, bu, Rusiyanın həyati əhəmiyyətli marşrutu Ukraynanın potensial hücumlarından qorumaq üçün uzunmüddətli strategiyasına işarə edir.
Yerləşdirilən xüsusi variant “KamAZ-53958” şassisinə quraşdırılmış zirehli kabinəyə malik ixrac modelidir və səhra kamuflyajına boyanıb.
Hərbi ekspertlərin fikrincə, bu versiya daha öncə Rusiya Qələbə Paradında yer alan prototipə bənzəyir.
Sevinc Əliyeva
Ordu.az