Ordu.az xəbər verir ki, İsrailə verilən 350 silah ixracı lisenziyasından təxminən 30-u dayandırılacaq.
Britaniyanın xarici işlər naziri Devid Lemmi verdiyi açıqlamada bildirib ki, Britaniya İsraillə 350 silah ixracı lisenziyasından 30-nu dərhal dayandıracaq, çünki bu cür avadanlıqların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında istifadə oluna bilməsi riski var.
Lemmi qeyd edib ki, lisenziyaların dayandırılması qərarı ümumi qadağa və ya silah embarqosu demək deyil, yalnız Fələstinin Qəzza bölgəsində İsrail və HƏMAS arasında münaqişədə istifadə oluna biləcəkləri əhatə edir.
Sevinc Əliyeva
Ordu.az