Ordu.az xəbər verir ki, görüntüləri “Baykar”ın rəsmi “X” hesabında paylaşılan “Bayraktar Kalkan” sınaq uçuşunda 3000 fut yüksəkliyə qalxıb və 30 dəqiqə havada qalıb.
Avtomatik naviqasiya uçuşu, avtonom qalxma, avtonom enmə və yarımavtonom naviqasiya uçuşu həyata keçirə bilən “Bayraktar Kalkan” PUA-sı elektrik mühərrikləri ilə havaya qalxdıqdan sonra naviqasiya uçuşu rejiminə keçir, naviqasiya uçuşu rejimində yalnız yanacaq mühərrikini aktiv saxlaya bilir.
Eniş rejimi üçün üç müxtəlif variant var: şaquli enmə, gövdə üzərinə enmə və paraşütlə enmə.
Sevinc Əliyeva
Ordu.az