“Paşinyan açıqlamaları ilə Moskva ilə münasibətləri saxlamaq zərurəti və siyasətinin Avropa vektoru arasında manevr edir” - EKSPERTLƏR

2024/09/1725437710.jpg
Oxunub: 404     12:39     04 Sentyabr 2024    
“Nikol Paşinyan açıqlamaları ilə Moskva ilə münasibətləri saxlamaq zərurəti və siyasətinin Avropa vektoru arasında manevr edir”.

Ordu.az xəbər verir ki, bunu postsovet ölkələri üzrə ekspert, politoloq Arkadi Dubnov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin açıqlamaları İlham Əliyevlə görüşdən sonra vasitəçi olmaq qərarına gələn Vladimir Putinlə apardığı söhbətə açıq reaksiyadır.

“Rusiya prezidentinin verdiyi təkliflər, yumşaq desək, Ermənistanın Baş nazirini tam qane etməyib və o bunlara bu şəkildə reaksiya verib. Siyasi xadim tam açıq şəkildə bildirdi ki, Ermənistan ikitərəfli formatda prosesin gedişindən razıdır və ona görə də indi onu genişləndirməyə ehtiyac yoxdur”, - deyə Dubnov qeyd edib.

Erməni politoloq Hrant Mikayelyan isə deyib ki, mümkün danışıqlar, KTMT üzvlüyünün təsdiqi və Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunu dəstəkləməyə hazır olma birmənalı olaraq bəyənilmir.


“Çoxları bu danışıqları son dərəcə mənfi qiymətləndirir. Amma Ermənistanda siyasi vəziyyət elədir ki, indiki rejim şəraitində cəmiyyət siyasətə təsir göstərmir. Rusiya bazasının saxlanmasına gəlincə, Paşinyanın bununla bağlı mövqeyi dəyişib, əvvəllər bunu təhlükə hesab edirdi, indi onun fəaliyyəti ilə bağlı sualının olmadığını deyir. Keçmişdə də fikrini dəyişdiyini nəzərə alsaq, gələcəkdə də belə ola bilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Moskva  


Bizi "telegram"da izləyin