Ordu.az xəbər verir ki, bunu Avrasiya Analitik Klubunun rəhbəri Nikita Mendkoviç deyib.
Onun sözlərinə görə, üstəlik, Paşinyan bunu müharibədə qalib gəlmək üçün deyil, Qərbin maraqlarını həyata keçirmək üçün təhrik edə bilər.
“Moskva Ukraynadan kənara çıxmamaq üçün regionda yeni böhran və təhlükələrdən qaçmağa çalışır. Bununla belə, Ermənistan Qərbə yaxınlaşır, bunun üçün stabilləşmə sərfəli deyil. Qorxuram ki, Paşinyanı Rusiyanın səylərini sabotaj etməyə, ən əsası isə Cənubi Qafqazı yandırmağa təhrik edələr”, - deyə Mendkoviç qeyd edib.
Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan isə bildirib ki, Ermənistanın hazırkı konstitusiyası Paşinyanın maraqlarına, hakimiyyət və hakimiyyətin yenidən seçilməsi planlarına çox uyğun gəlir.
“Ona görə də nəyisə dəyişdirsələr, bu, sırf Bakının istəyi ilə olacaq”, - deyə Xalatyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az