KİV: Paşinyan Lavrovun İrəvanın regionda kommunikasiyaların açılmasını sabotaj etdiyi barədə dediklərini təkzib edib

2024/09/1725437509.jpg
Oxunub: 288     12:46     05 Sentyabr 2024    
Nikol Paşinyan Rusiya xarici işlər nazirinin böyük mətbuat konfransında İrəvanın regionda kommunikasiyaların açılmasını sabotaj etdiyi barədə dediklərini təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşrə görə, Ermənistanın 10 noyabr 2020-ci il bəyanatından imtina etmək niyyətində olduğu təqdirdə bunu açıqlayacağını qeyd edən Paşinyan bildirib ki, 10 noyabr bəyanatı bir epizod kimi deyil, bütövlükdə, o cümlədən əsirlər (diversantlar-red.) kontekstində nəzərdən keçirilə bilər.

“Paşinyan qeyd edib ki, bir sıra rusiyalı tərəfdaşların 10 noyabr sənədinin məntiqi ilə heç bir əlaqəsi olmayan və onunla ziddiyyət təşkil edən şərhləri səbəbindən bu ana qədər kommunikasiyalar açılmayıb. Bu şərhlər çox vaxt Rusiya prezidentinin 10 noyabr bəyanatı ilə bağlı ifadələri ilə ziddiyyət təşkil edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Lavrov  


Bizi "telegram"da izləyin