“Past”: Erməni keşişin yaratdığı hərəkatın sıralarında vəziyyət kəskinləşir

2024/09/1725437447.jpg
Oxunub: 368     14:21     05 Sentyabr 2024    
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın hakim administrasiyasının başına qaynar payız təşkil edəcəyini vəd etsə də, əvəzində hərəkatın sıralarında vəziyyət kəskinləşir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Suren Petrosyan-Qarnik Danielyan “atışması” yeni təzahürlər alır, tərəflər açıq şəkildə bir-birini yalan danışmaqda ittiham edirlər.

“Petrosyan Danielyanı yalan danışmaqda ittiham edib, onun hərəkatda iştirakı ilə bağlı şayiələri təkzib edib. Petrosyanın sözlərinə görə, hərəkat başlamazdan əvvəl Voskepar sakinləri ona deyiblər ki, Qalstanyan kəndə gələndən sonra onun arxasından yolu bağlamaq lazımdır, çünki daşnaklar, Köçəryanın və Sarkisyanın tərəfdarları gələcəklər.

“Mən söz vermişdim ki, müxalifətin növbəti mübarizəsi olmayacaq, amma sonda “Müqavimət-2” hərəkatı yarandı. Belə çıxır ki, mən kənd sakinlərini aldatmışam”, - deyə Petrosyan bildirib.

Danielyan həmçinin Petrosyanı Paşinyan narrativi yaratmaqda və “keçmiş ağrılardan” əziyyət çəkməkdə ittiham edir. Danielyan qeyd edib: “Ermənistanda bütün problemlər insanların ambisiyalarının onların qabiliyyətlərindən qat-qat böyük olmasıdır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qalstanyan  


Bizi "telegram"da izləyin