27 min dollar bank hesabı qalığı, 32 milyon dram kredit, ipoteka: Səfir Makunts nə bəyan edib?

2024/09/1725434669.jpg
Oxunub: 210     10:45     06 Sentyabr 2024    
Hazırda Ermənistanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutan Lilit Makunts 2018-ci il inqilabından sonra Ermənistanın mədəniyyət naziri, ardınca isə parlamentin deputatı vəzifəsinə təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, o, hesabat ili bəyannaməsini 2024-cü il aprelin 16-da təqdim edib və orada daşınmaz əmlak, nəqliyyat vasitəsi təqdim etməyib.

“Lilit Makuntsinin krediti hesabat ilinin əvvəlində 4 milyon 78 min dram olub, bu, ilin sonunda azalaraq, 3 milyon 918 min dram olub, digər krediti isə 29 milyon 613 min dram təşkil edib və ilin sonunda 28 milyon 850 min dram olub. Ermənistanın fövqəladə və səlahiyyətli səfirinin bank hesablarının qalığı hesabat ilinin əvvəlində 15 min dollar olub, ilin sonunda 27 min dollara çevrilib, digər hesabın qalığı isə 794 min dramdan 395 min drama qədər azalıb. Onun hesabat ilində gəliri 23 milyon 128 min dram olub ki, bu da Xarici İşlər Nazirliyindən alınan məbləğdir. Hesabat ilinin 31 dekabr tarixinə Lilit Makuntsun aldığı kreditlərin əsas məbləği 32 milyon 768 min dram olub ki, bunun da 28 milyon 850 min dramı mənzil ipotekasının məbləğidir. Maraqlıdır, Lilit Makunts bəyannamədə heç bir daşınmaz əmlak qeyd etməsə də, həmin bəyannamədə qeyd edib ki, hesabat ilinin sonunda, dekabrın 31-də onun mənzilinin ipotekasının əsas məbləği 28 milyon 850 min dram olub. Xatırladaq ki, Lilit Makunts həm də parlamentin “Mənim Addımım” fraksiyasının rəhbəri olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin