Erməni deputat: “Sektor demarkasiyası müharibənin başlaması risklərini ehtiva edir”

2024/09/1725434294.jpg
Oxunub: 383     16:34     04 Sentyabr 2024    
“Ermənistan və Azərbaycanın demarkasiya komissiyalarının əsasnaməsi Ermənistanın bir əsgəri belə təmas xəttindən geri çəkilənə qədər mövcud olmalı idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, əsasnamə olmadan Günən kəndində sərhədlərin müəyyənləşdirilməsi də olub.

Xaçatryan əsasnamənin məzmununa toxunaraq deyib ki, Alma-Ata Bəyannaməsinə nə üçün istinad edildiyi ona aydın deyil.

“Alma-Ata Bəyannaməsində inzibati sərhədlərə heç bir istinad yoxdur. Azərbaycan Alma-Ata Bəyannaməsinə onu göstərmək üçün istinad edir ki, Sovet İttifaqının dağılması zamanı Qarabağ Azərbaycanın tərkibində olub, ona görə də Qarabağ məsələsi Azərbaycanın daxili qanunları çərçivəsində həll edilməlidir”, - deyə erməni deputat qeyd edib.

Xaçatryan bildirib ki, sektor demarkasiyası müharibənin başlaması risklərini ehtiva edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin