Ordu.az xəbər verir ki, bu barədə MDB Ölkələri İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi Aleksandr Dudçak Nikol Paşinyanın İrəvanın Rusiya hakimiyyəti ilə münasibətlərinin əsas prinsipinin qarşılıqlı hörmət olduğu və Rusiyaya qarşı təhqirlərin yolverilməz olduğu ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Ekspert Paşinyanın sözlərinin onun ümumi siyasətinə təsir etməyəcəyini deyib.
“Bu, mövqe dəyişikliyindən deyil, konkret mətbuat konfransının tonunun dəyişməsindən danışır. Bunun Paşinyanın Qərbə və Rusiyaya qarşı apardığı ümumi siyasətə təsir edəcəyini düşünmürəm, lakin buna baxmayaraq, qeyd etmək lazımdır ki, açıq-aşkar anti-Rusiya hücumları Ermənistanın bütün vətəndaşları tərəfindən dəstəklənmir. Hesab edirəm ki, heç kim Rusiya ilə münasibətləri korlamaqda maraqlı deyil. Onlar (Ermənistan hakimiyyəti-red.) oradakı məlumatları təhrif edərək, öz işığında, ilk növbədə Qərbə faydalı olan prizmadan təqdim edirlər, amma heç kim buna inanmır”, - deyə Dudçak qeyd edib.
Politoloq vurğulayıb ki, Paşinyanın belə bir bəyanatından şirniklənmək lazım deyil.
Alpər Mövludoğlu
Ordu.az