Paşinyanın komanda yoldaşı: “Rusiya Ermənistanın öz dövlətçiliyini qurmasına mane olur”

2024/09/1725433975.jpg
Oxunub: 446     19:23     04 Sentyabr 2024    
“Ermənistan öz dövlətçiliyini qurmaq yolundadır və bu işdə Avropa bizə kömək edir, Rusiya isə əngəl törədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hakop Aslanyan deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətini bərqərar etmək, Zəngəzur dəhlizini əldə etmək və bütün məsələləri bağlamaq istəyir.

“Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir, Avropa isə qurulma yolunda bizə kömək edəcəyini deyir. Bütün fərq budur. Biri bizə kömək edir, digəri isə mane olur”, - deyə Aslanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin