Ermənistanın keçmiş Baş naziri: “Paşinyanın vəd etdiyi sülh baş tutmayacaq, belə çıxır ki, o, Qarabağı boş yerə verib”

2024/05/1716446424.jpg
Oxunub: 267     10:39     05 Sentyabr 2024    
“Nikol Paşinyanın vəd etdiyi sülh baş tutmayacaq, belə çıxır ki, o, Qarabağı boş yerə verib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan deyib.

O, Paşinyanın konstitusiya ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyi, yəni 2026-cı ildə yenidən seçiləcəklərinə əmin olduqları barədə açıqlamasına toxunaraq bildirib:

“Onlar əmindirlər, çünki 2026-cı ildə daha bir seçki olacağını gözləyirlər və kartlarını qarışdıracaqlar. Təxminən 10-15 partiya müxalifət partiyası elan olunacaq. İrəvan seçkilərində olduğu kimi, onlar 9 faiz səs topladılar, şəhər başçısı oldular. Çünki guya seçilmiş 13-14-15 qüvvə guya müxalifət idi, onların heç də müxalifətçi olmadığı ortaya çıxdı. Belə bir ssenari hazırlayırlar, yəqin ki, koalisiya elan edib qalib gələcəklər. Hər şey real müxalifətin özünü necə aparacağından, seçkiləri 2026-cı ilə qədər təxirə salıb-salmayacaqlarından, yaxud adi seçki olsa belə, birləşə bilib-bilməyəcəklərindən asılıdır”, - deyə Baqratyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin