Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu, uzun fasilədən - yay tətilindən sonra ilk iclas olacaq.
“İclas həm də ona görə vacibdir ki, parlamentin payız sessiyası bazar ertəsi başlayacaq. Yeri gəlmişkən, məlumatlı insanlar Paşinyanın nə vaxtsa könüllü olaraq tutduğu vəzifədən istefa verəcəyinə, hakimiyyəti dinc yolla başqa qüvvəyə və ya şəxsə təhvil verəcəyinə ümid bəsləyənlərin hamısının sadəlövhlüyünə gülür”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az