Türkiyə “Mavi Vətən”də də yerli və milli sistemlərdən istifadə edir

2024/09/1725430084.jpg
Oxunub: 321     14:36     05 Sentyabr 2024    
TÜBİTAK tərəfindən hazırlanan, su altında və üstündə çox kritik missiyalarda istifadə edilən yerli və milli sistemlər “Mavi Vətən”də (Türkiyədəki dənizlər) mühüm rol oynayır.

Ordu.az xəbər verir ki, Türkiyə Sənaye və Texnologiya Nazirliyindən verilən yazılı açıqlamada “Mavi Vətən”də istifadə edilən yerli və milli texnologiyalar haqqında məlumatlar paylaşılıb.

Sözügedən texnologiyalar arasında yer alan “Sualtı Qayıq Taktiki Simulyatoru” kəşfiyyat, müşahidə, sızma və nişanalma kimi müxtəlif təlim ssenarilərinin fərqli sahə və şəraitdə həyata keçirilməsini təmin edir.

Sistem yüksək dəqiqlik və real vaxt simulyatoru kimi seçilir.

“Müren” Döyüş İdarəetmə Sistemi ilə sualtı qayıqlarda hədəfin aşkarlanması, izlənilməsi, sinifləşdirilməsi, izin idarə edilməsi və hədəfin hərəkət təhlili həyata keçirilir, milli torpedo “Akya” da daxil olmaqla, müasir ağır torpedoların da buraxılması və idarə edilməsi qabiliyyəti təmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TÜBİTAK  


Bizi "telegram"da izləyin