Ordu.az xəbər verir ki, HAVELSAN bütün dünyada adından söz etdirən əsas dil modelləri üçün platforma əsaslı və türkcə əsaslı bir həll hazırlayıb.
HAVELSAN mühəndisləri dəqiqliklə aparılan bir illik “Ar-Ge” araşdırması nəticəsində açıq mənbədən yaradılmış unikal arxitektura ilə 9 milyard parametrli yerli böyük dil modeli yaradıblar.
Dövlət və hərbi qurumların ehtiyaclarını nəzərə alaraq, məlumat təhlükəsizliyini təmin etmək missiyası çərçivəsində HAVELSAN akademiklərdən ibarət komandası ilə verilən məzmunu saniyələr ərzində ümumiləşdirə bilən bir sistem də yaradıb.
“Generativ SZ” kateqoriyasındakı məhsul üçün Çoxfunksiyalı SZ Şəbəkəsi anlamına gələn “Multifunctional Artificial Intelligence Network” sözlərinin ilk hərflərindən formalaşan və eyni zamanda “əsas” mənasını verən MAIN adı seçilib.
Sevinc Əliyeva
Ordu.az