Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Ukrayna 2024: Müstəqillik Forumu”nda çıxış edən Zelenski Ukraynanın öz ballistik raketini hazırlamaq üçün uzunmüddətli ballistik raket proqramında əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb.
Zelenski öz çıxışında inkişaf etdirilən sistem və yeni inkişaflar haqqında məlumat verməsə də, əhəmiyyətli irəliləyişin Ukraynanın uzun illərdir üzərində işlədiyi GROM-2 taktiki ballistik raket sistemi ilə bağlı olduğu güman edilir.
Zelenskinin sözlərinə görə, inkişaf etdirilən ballistik raket sistemi uğurlu sınaqlardan keçib, lakin sınağın mahiyyəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ukrayna tərəfindən GROM-2 taktiki ballistik raket sistemi üzərində iş 2014-cü ildə başlayıb.
Sevinc Əliyeva
Ordu.az