Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Rusiya bununla bağlı ehtiyatlı diplomatik bəyanatlar verib, lakin nə İrəvandan, nə də müvafiq olaraq Bakıdan dəstək almayıb.
“Fikrimcə, indiki Ermənistan hakimiyyəti bu məsələni heç vaxt qaldırmayacaq. Təbii ki, Qarabağdan (könüllü-red.) köç etmiş ermənilər məsələsi mövcuddur və lazım gələrsə, bu, Bakıya qarşı, o cümlədən Qərb tərəfindən diplomatik karta çevrilə bilər. Ancaq məsələ hansı imkanlar yaradılacağı ilə bağlı statusdur. Bu, ən mürəkkəb məsələdir, çünki Azərbaycan öz nəzarətində olan şərtləri təklif edirdi ki, bu da Qarabağdan köç etmiş ermənilər üçün mümkün olmayan variantdır”, - deyə Tarasov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az