Paşinyan anti-Rusiya siyasətini yumşaldır?

2024/09/1725345208.jpg
Oxunub: 323     16:52     04 Sentyabr 2024    
Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Rusiya ilə bağlı açıqlaması son dərəcə diqqətçəkəndir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri yazıb.

Nəşrə görə, Paşinyanın ailəsinə məxsus olan “Haykakan Jamanak” nəşrinin jurnalisti Paşinyana müraciət edərək deyib ki, siyasi-elmi dairələr “Sülh müqaviləsinin imzalanması anı nə qədər yaxınlaşırsa, Rusiya bir o qədər daha aqressivləşir, çünki Rusiya regiondan sıxışdırılır” fikrini irəli sürürlər və Rusiya iqtisadi sanksiyalar tətbiq etsə, Ermənistan bununla üzləşməyə nə dərəcədə hazırdır?

“Paşinyan açıq-aydın əvvəlcədən razılaşdırılmış suala cavab verib ki, başqa ölkələr haqqında, xüsusən də Rusiya kimi ölkə haqqında təhqir və istehza dili ilə danışmaq olmaz: “Məncə, tərəfdaşımız Rusiya haqqında pis dillə danışmaq düzgün deyil. Mən Vladimir Putinlə ünsiyyət qururam və bizim iş janrımız qarşılıqlı hörmətdir. Mən Rusiyaya münasibətdə mövcud olan lüğəti qəbul etmirəm. Problemləriniz ola bilər, onlardan danışmalısınız, səsinizi ucaltmalısınız, amma bu cür söz ehtiyatı olan hər hansı ölkə ilə danışmaq artıq əvvəldən yanlışdır. Əgər o səhvləri etmişiksə, o səhvləri özümüz düzəltməliyik, amma başqaları üçün yox, özümüz üçün düzəltməliyik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Anti-Rusiya  


Bizi "telegram"da izləyin