Erməni siyasi xadim: “Diasporda Paşinyandan narazılıq xeyli artıb, onun vədlərinin aldatma olduğunu anlayıblar”

2024/09/1725345035.jpg
Oxunub: 423     16:53     05 Sentyabr 2024    
“Köç etmiş ermənilərin Qarabağa qayıtmasının gündəmdə olmadığı yanlışdır, bu məsələ gündəmdədir, lakin həm də Ermənistan səlahiyyətlilərinin tanış münasibətini nəzərə alsaq, bu, gündəmdən kənarda qala bilər”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütun təşkilatının üzvü Kiro Manoyan deyib.

“Qarabağ hakimiyyəti”nin (separatçılar-red.), Ermənistan cəmiyyətinin və özünün müxtəlif strukturları ilə diasporun burada görməli olduğu mühüm işlər var”, - deyə o qeyd edib.

Manoyan bildirib ki, Ermənistanın bu gün bu vəziyyətə düşməsinin əsas səbəbi Ermənistanın hazırkı hakimiyyətidir.

“Diasporda Paşinyandan narazılıq xeyli artıb, onun vədlərinin aldatma olduğunu anlayıblar”, - deyə Daşnaksütun təşkilatının üzvü əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Diaspor  


Bizi "telegram"da izləyin